Aprelin 1-dən 25-dək 68 mindən artıq notariat hərəkəti aparılıb

Aprelin 1-dən 25-dək 68 mindən artıq notariat hərəkəti aparılıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu ilin aprelin 1-dən 25-nə qədər 68 mindən artıq notariat hərəkəti aparılıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Qeydiyyat və Notariat baş idarəsi Notariat idarəsinin baş məsləhətçisi Zeynəb Dünyamaliyeva bildirib.

Onun sözlərinə görə, bunların içərisində məsafədən aparılan notariat hərəkətlərinin sayı artıb: “Pandemiya şəraiti bu növ fəaliyyəti aktuallaşdırıb və onu daha da inkişaf etməsinə rəvac verib. Qeyd edilən müddətdə nəqliyyat vasitəsindən istifadə edilməsi, vəkillərə verilən etibarnamələr, habelə pulsuz və ya güzəştli dərman və ya yardım alınması ilə bağlı sosial etibarnamələr mobil notariat tətbiqi vasitəsilə rəsmiləşdirilib və vətəndaşların təcili-təxirəsalınmaz müraciətləri müsbət həll edilib”. 

Share