Avropa İttifaqı bir daha Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyini ifadə edib

Avropa İttifaqı bir daha Şərq Tərəfdaşlığı ölkələrinə dəstəyini ifadə edib

23.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

«Bu çətin zamanda Şərq Tərəfdaşlığı ölkələrinə kömək edəcəyik».

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ ölkələrinin XİN başçılarının virtual konfransından sonra keçirilən mətbuat konfransında deyib.

«Bu gün biz koronavirus pandemiyası dövründə Ukrayna və Şərq Tərəfdaşlığının digər ölkələrini daha yaxşı necə dəstəkləyə biləcəyimizi müzakirə etdik. Çünki pandemiyadan əvvəl mövcud olan problemlər hələ də qalmaqdadır. Bu ölkələrə göndərdiyimiz mesaj aydındır: bu çətin zamanda da onlara kömək edəcəyik», — Aİ-nin ali nümayəndəsi deyib.

Ukrayna ilə bağlı müzakirələrin aparılıdğını bildirən C.Borrell Aİ-nin hər zaman Ukrayna Prezidenti Vladimir Zelenskiyə açıq dəstəyini ifadə etdiyini bildirib.

«O, islahatlar və münaqişənin həlli istiqamətində cəsarətli addımlar atır. İslahatlarla bağlı ciddi irəliləyişlər əldə olunub, lakin hələ də maneələr var və bu səylər davam etməlidir. Müzakirələrdə həm də Ukraynanın suverenliyi və ərazi bütövlüyünə, o cümlədən Krımın qanunsuz ilhaqının tanınmamasına, Minsk razılaşmalarının həyata keçirilməsinə, Normandiya formatına və ATƏT-in işinə dəstək ifadə olundu», — Cozep Borrell əlavə edib.

Şərq Tərəfdaşlığı ölkələrinə dəstək məsələsinə toxunan Aİ-nin ali nümayəndəsi bildirib ki, bloka üzv ölkələrin Xarici İşlər nazirləri mövcud böhranın Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin ən etibarlı tərəfdaşı olduğunu nümayiş etdirmək üçün bir fürsət olması fikri ilə razıdırlar.

«Biz bu ölkələrin iqtisadiyyatlarının, iş yerlərinin və qurumlarının bu vəziyyətdən əziyyət çəkməməsi üçün onları necə dəstəkləyə biləcəyimizi və bu ölkələrdə islahatlara təkan verməyin bizim gündəmimizdə qalması istiqamətində müzakirələr apardıq. İyun ayında baş tutacaq Şərq Tərəfdaşlığı Sammiti Aİ-nin regiona dəstəyini bir daha təsdiqləmək üçün yaxşı fürsət olmalı, eyni zamanda martın 18-də bəyan edilən Şərq Tərəfdaşlığının birgə kommunükesinə uyğun olaraq konkret əməkdaşlıq, davamlı iqtisadi böyümə və iş yerlərinin yaradılması üzərində fəaliyyəti sürətləndirməlidir», — deyə Aİ rəsmisi qeyd edib.

Share