Avropa İttifaqı Şurasının Prezidenti bu gün Türkiyəyə gəlir

04.03.2020 Off By admin

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bu gün Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Ş. Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, İdlibdə baş verən hadisələr müzakirə olunacaq.

Share