AYİB yeni strategiyasını təsdiqləyib

AYİB yeni strategiyasını təsdiqləyib

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İdarə Heyəti illik toplantında bankın beşillik yeni strategiyasını təsdiqləyib.

APA-Economics”in AYİB-ə istinadən verdiyi məlumata görə, strategiyanın əsas aspektlərindən biri odur ki, 2025-ci ilədək bankın illik investisiyalarının 50%-dən çoxunu “yaşıl” investisiyalar təşkil edəcək. Yeni strategiyaya əsasən, AYİB eyni zamanda məşğulluğa, maliyyə və sahibkarlığa girişi təmin etmək, qadınlar, gənclər və azsaylı icmalara dəstək olmaq üçün fürsət bərabərliyini təşviq etməyi hədəfləyir. Bundan əlavə, strategiyada nəzərdə tutulan yeni tədbirlər rəqəmsal keçidi sürətləndirəcək və texnologiyanın gücünü ortaya qoyacaq.

Qeyd edək ki, bu il AYİB 38 üzv ölkəyə, ilk növbədə, orada yerləşən şirkətlərin likvidlik ehtiyaclarını ödəməsində və həyati əhəmiyyətli xidmətlərini davam etməsinə kömək məqsədi ilə 21 mlrd. avro həcmində dəstək paketi ayırıb.

Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.

Share