Azərbaycan Basketbol Federasiyasının prezidenti "FIBA Avropa"nın videokonfransında iştirak edib

Azərbaycan Basketbol Federasiyasının prezidenti "FIBA Avropa"nın videokonfransında iştirak edib

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Avropa Basketbol Federasiyasının (“FIBA Avropa”) təşəbbüsü ilə təşkilata üzv olan milli federasiyalar ilə videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda koronavirus pandemiyası nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyaların fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.

Çıxış edən Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət və Azərbaycan hökumətinin bu infeksiyanın yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri, qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat verib. N.Nəsibov, həmçinin bu vəziyyətdə Azərbaycan Basketbol Federasiyasının ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Videokonfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, FIBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak da iştirak ediblər.

Share