Azərbaycan Diaspor Könüllüləri “Vikipediya” təlimlərində iştirak edəcəklər

08.02.2020 Выкл. Автор admin

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Diaspor Könüllüləri AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edəcəklər.

MEK-dən AZƏRTAC-a bildirilib ki, potensiallı gənclərdən təşkil olunan könüllülər gələcəkdə “Vikipediya”nın Azərbaycan dili bölməsinin zənginləşdirilməsi ilə yanaşı, xarici dillərdə də məqalə yaradılmasında iştirak edəcəklər. İntellektual və potensiallı gənclərin təlimlərdə iştirakı ölkədə başlanan “Vikipediya” hərəkatını daha da stimullaşdıracaq. Təlimlərə fevralın 17-dən başlanılacaq.

Share