Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB üzrə reytinqdə ilk üçlükdə

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə ən yaxşı rəqs ansambllarının top-reytinqində ilk üçlükdə yer alıb.

reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxil edilib. Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd olunur.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

Share