Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 13%-ə yaxın artıb

11.03.2020 Off By admin

Bu ilin yanvar-fevral ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 965,2 mln. manat vəsait yönəldilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ötən ili eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Rəsmi statistikaya əsasən, ümumi sərmayənin 1 027,7  mln. manatını qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitlər təşkil edib. Bu isə öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə bu sahəyə sərmayə qoyuluşunun 1,8% artması deməkdir. O cümlədən  qeyri-neft sənayesinə yönəldilən sərmayənin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 154,9 mln. manata çatıb.

Share