Azərbaycan kubokunda yarımfinalın ilk cütü dəqiqləşib

20.12.2019 Off By admin

Azərbaycan kubokunda yarımfinalın ilk cütü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, finala vəsiqə uğrunda matçda “Zirə” və “Qəbələ” üz-üzə gələcək.

Sonuncular 1/4 finalda “Sabah”ı hər iki oyunda məğlub ediblər – 3:0, 3:2. Zirəlilər isə “Səbail” səddini əlavə vaxtda vurulan qolla keçiblər – 0:0, 1:0.

Bu komandalar arasında yarımfinal oyunları gələn il aprelin 22-də və 29-da keçiriləcək. İlk matç Qəbələdə, cavab matçı Bakıda baş tutacaq.

Qeyd edək ki, digər yarımfinalçı sabah baş tutacaq “Sumqayıt” – “Neftçi” və “Keşlə” – “Qarabağ” oyunlarından sonra bilinəcək.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları
19 dekabr (cümə axşamı)

“Zirə” – “Səbail” – 1:0
Qol: 
Rodrigez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
“Zirə”: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 18. Xulio Sezar Rodrigez, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
“Səbail”: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 19. Ruslan Hacıyev, 3. Turan Manafov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev
Zirə İdman Kompleksinin stadionu, 15:00
İlk oyun – 0:0

“Sabah” – “Qəbələ” – 2:3
Qollar: 
Mustafazadə, 62, 76 – Volkov, 22, 23, Bauk, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 97. Emil Qasımov, 20. Anar Panayev, 2. Elçin Mustafayev, 38. Arsen Ağcabəyov
Baş məşqçi: Jelko Sopiç
“Qəbələ”: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
“Bank Respublika Arena”, 18:00
İlk oyun – 0:3

Share