Azərbaycan Ordusunun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələrə təlimlər keçiriləcək

Azərbaycan Ordusunun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələrə təlimlər keçiriləcək

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Ordusunun işğalçı və təcavüzkar Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı apardığı əks-hücum əməliyyatları və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən uğurlar bizi hər gün qələbəyə daha da yaxınlaşdırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, qurumun  İKT LAB Tətbiq və Tədris Mərkəzinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Şanlı Ordumuzun zəfərlərini tərənnüm etmək məqsədilə məktəbli və tələbələr üçün “AREA Mən Pilotam”, “AREA Helikopter Mühəndisliyi”, “AREA Robotexnika” təlimləri keçiriləcək.

18 oktyabr tarixinədək qeydiyyatdan keçən hər kəs təlimlərdə tam ödənişsiz iştirak edə bilər.

İlk ay nəzəri biliklərin öyrənilməsi onlayn rejimdə keçiriləcək. Sonrakı aylarda mərkəzdə praktiki dərslər təşkil olunacaq.

Proqramlar:

Mən Pilotam – https://www.robot.org.az/i-am-pilot-drone;

Helikopter Mühəndisliyi – https://www.robot.org.az/helicopter;

Robotexnika – https://www.robot.org.az/robotexnika-1.

18 oktyabra qədər ödənişsiz qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/ZbLDrU3nUpX4W9Uv6.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994 70) 256-64-66.

Share