Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

21.10.2019

10:06

Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyunu “ASCO Arena”da oynanılıb. “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

“Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib.

“Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib – 3:0.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email