Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

03.08.2020

Hörmətli cənab Prezident.

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi Sizin üçün ali məqsəddir. Bu yolda xalqımız Sizin atdığınız bütün addımları tam dəstəkləyir.

Siz ordu quruculuğunun daha da inkişaf etdirilməsini dövlətin ən vacib vəzifələrindən hesab edir və bu istiqamətdə uğurlu islahatlar həyata keçirirsiniz. Son illər ordumuzun maddi-texniki təminatının yaxşılaşdırılması, hərbi qulluqçulara göstərilən böyük qayğı öz bəhrəsini verir. Bu işlərin nəticəsidir ki, Azərbaycan Ordusu regionda əsas güc sahibidir və bu güc düşmənləri qorxuya salır.

Cənab Prezident, Sizin qələbə əzminizi alqışlayır, Qarabağ müharibəsi veteranı və müsəlləh əsgəriniz kimi döyüşə getməyə hazır olduğumu bildirirəm.

Hörmətlə,

Azərpur Adil Nadir oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Xəbəri paylaş: