AZƏRBAYCAN PREZİDETİNƏ AD GÜNÜ TƏBRİKLƏRİ

AZƏRBAYCAN PREZİDETİNƏ AD GÜNÜ TƏBRİKLƏRİ

24.12.2020 Выкл. Автор admin

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezidentim.

Qırx dörd gün davam edən zəfərlə dolu Vətən müharibəsini böyük məharətlə başa çatdıran qəhrəman Azərbaycan Ordusu Sizin Ali Baş Komandanlığınızla adını müasir tariximizə qızıl hərflərlə yazdırdı.

Biz Avropada Azərbaycanı təmsil edən insanlar olaraq, Sizin müharibə müddətində etdiyiniz çıxışlar və qətiyyətli mövqeyinizlə qürur duyduq. Hər dəfə Sizin səsinizi eşidəndə və mesajlarınızı oxuyanda Azərbaycanın doğma torpaqlarından daha bir hissəsinin Vətənə birləşdiyini öyrənir və səmimi qəlbdən Sizə, Azərbaycan Ordusuna təşəkkür edirdik.

İyirmi doqquz il əvvəl müstəqilliyini bərpa etmiş can Azərbaycanımız Sizin liderliyinizlə möhtəşəm Zəfər qazandı, yeni nəsillərin qəlblərində böyük qürur hissi və özünəinam yaratdı.

Avropada yaşayan və Azərbaycanı qəlbən sevən insanlar olaraq, həm Sizin o böyük Zəfərinizi, həm də doğum gününüzü təbrik edir, Sizə cansağlığı, uzun ömür diləyirik.

Dərin hörmətlə,

İlhan Aşkın

Niderlanddakı Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri

***

Xorvatiyanın sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yadranka Kosordan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident Əliyev, Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə cansağlığı, xoş əhval-ruhiyyə və ölkənizin rifahı üçün ən səmimi arzularımı çatdırıram. Qarşıdakı Yeni ilin Sizə və gözəl ailənizə cansağlığı, xoşbəxtlik, Azərbaycana isə tərəqqi gətirməsini diləyirəm.

Zati-aliləri, bizi anlaşma, tolerantlıq və bir-birindən öyrənmə ideyaları ətrafında birləşdirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyiniz dəstəyə görə Sizə öz minnətdarlığımı bildirirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada təşkil etdiyi çoxsaylı görüşlər iştirakçılarla daha yaxından tanış olmaq, həmçinin insanlar və xalqlar arasında daim yeni dostluq əlaqələri qurmaq baxımından çox gözəl fürsətdir.

Cənab Prezident, bildiyiniz kimi, bizi bir araya gətirən və irəliyə aparan hərəkətverici qüvvə həmsədrlərimiz Vaira Vike-Frayberqa və İsmail Serageldindir. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dostlarımızın bir-birinə dəstəyinin mövcud olduğu ümumi evimiz hesab edirik. Bizə belə bir imkan yaratdığınız üçün, eləcə də göstərdiyiniz davamlı dəstəyə görə Sizə təşəkkür edirəm.

Möhtərəm Prezident, doğum gününüz münasibətilə Sizi təbrik edir, bütün arzularınızın həyata keçməsini diləyirəm. Həmçinin fürsətdən istifadə edərək, 2021-ci ilin Sizin üçün xoş və uğurlu keçməsini arzulayıram.

Sizinlə tezliklə Azərbaycanda görüşmək ümidindəyəm.

Dərin hörmətlə,

Yadranka Kosor

Xorvatiyanın sabiq Baş naziri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

***

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz qardaşım,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də inkişaf etməyə və qarşılıqlı maraq doğuran bütün sahələrə genişlənməyə davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və hörmətli ailənizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Şefik Caferoviç,

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

***

Rusiya Notariuslar Assosiasiyasının sədri, Avropa Azərbaycanlıları

Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Möhtərəm İlham Heydər oğlu, icazə verin, doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və firavanlıq, xoş günlər, Azərbaycan naminə, onun rifahı üçün gərgin fəaliyyətinizdə yeni uğurlar diləklərimi bildirim. Qoy, Sizin bütün işləriniz və təşəbbüsləriniz bundan sonra da həmvətənlərimizin rəğbətini qazansın, dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!

Bu unudulmaz günlərdə, bütün Azərbaycan xalqı Vətən müharibəsində tarixi qələbənin sevincini yaşadığı bir vaxtda mən Sizə, doğma xalqının liderinə, Azərbaycanın Prezidentinə xüsusi qürur və minnətdarlıq hissi ilə müraciət edirəm.

Erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağı və ona bitişik 7 rayonu rəşadətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə azad etdi. Allaha şükürlər olsun!

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirəm. Siz dahi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olmaqla, ölkənin siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində, onun müdafiə qabiliyyətinin möhkəmlənməsində ardıcıl və səmərəli iş apararaq, Azərbaycan tarixində ən qüdrətli dövlət və müasir, yüksək texnoloji silahlarla təchiz olunmuş, döyüş qabiliyyətli ordu yaratmısınız, gənc müstəqil Azərbaycanı güclü, nüfuzlu dövlətlər sırasına çıxarmısınız, onu regional liderə çevirmisiniz.

Siz tarixi Vətənimizin ərazi bütövlüyünü bərpa etmisiniz, əsrin dörddəbirindən çox müddətdə düşmən əsarəti altında olmuş doğma torpağımızı – gözəl Qarabağı bizə qaytarmısınız. Mən, Ağdamda doğulub boya-başa çatmış və uzun illər boyu öz doğma şəhərimin azad edilməsi barədə indi artıq çin olmuş arzularla yaşamış bir insan kimi Sizin qarşınızda baş əyirəm. Siz xalqımızın birliyini təmin etdiniz, ona öz qəddini düzəltməkdə, milli ləyaqət hissini qaytarmaqda kömək etdiniz, gənclərin mənəvi döyüş ruhunu görünməmiş yüksəkliyə qaldırdınız. Siz Azərbaycan xalqını müzəffər millət kimi dirçəltdiniz! Siz bizə bizim nəslin indiyə qədər görmədiyi, bənzərsiz Qələbə duyğusunu bəxş etdiniz.

Siz ən azı Azərbaycanın mövcud olduğu son 200 il ərzində heç bir liderin nail ola bilmədiyi tarixi uğur qazanmısınız. Siz dövlətlərin və xalqların rəhbərlərinin çoxunun yalnız arzu edə biləcəyi nüfuz qazanmısınız. Bütün bunlara görə Sizə, ilk növbədə, möhkəm cansağlığı arzu edirəm. Cansağlığı və səbir!

İnanıram ki, Sizin siyasi xadim, dövlət xadimi və sərkərdə, parlaq intellektual və diplomat, ən yüksək mədəniyyətli və hərtərəfli savadlı şəxsiyyət kimi təcrübəniz bundan sonra da ən mürəkkəb problemləri həll etməyinizə imkan verəcək.

Mən Sizi və bütün həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xüsusi duyğu ilə təbrik edirəm. Xalqımız heç vaxt bugünkü kimi həmrəy olmayıb. Bu birliyin qorunub saxlanması və möhkəmləndirilməsi xalqımızın ali məqsədi və dəyəridir.

Qoy, qarşıdan gələn il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu və parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə zəngin olsun!

Sizə və yaxınlarınıza xoşbəxtlik, firavanlıq, gözəl yeni il ovqatı arzu edirəm!

Dərin hörmətlə,

Natiq Ağamirov

Rusiya Notariuslar Assosiasiyasının sədri,

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, professor

***

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasının inkişafına yönəlmiş bütün plan və layihələrinizin səmərəli surətdə həyata keçməsi üçün Sizə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, firavanlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Vasili Qolubev

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru

***

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti, MDBMİ-nin fəxri doktoru İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Sizi tanıyanların hamısı həmişə qeyd edirlər ki, Siz istedadlı rəhbər, parlaq dövlət xadimi, öz işinə ürəkdən sadiq olan, ölkəsinin tərəqqisi və onun xalqının rifahı naminə bütün varlığı ilə çalışan şəxsiyyətsiniz.

Sizi doğum gününüz münasibətilə bir daha təbrik etməyə şadam.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, gözəl Azərbaycanın rifahı naminə nəcib işinizdə sadiq silahdaşlar və daimi uğurlar arzulayıram.

Dərin hörmətlə,

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

***

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, qurucu fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq, dostlarınızdan səmimiyyət və diqqət, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin və milli maraqların müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru

***

Moldova Respublikasının Prezidenti İqor Dodondan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun və səmərəli ömür, firavanlıq və qarşınıza qoyduğunuz məqsədlərin gerçəkləşməsində böyük uğurlar arzu edirəm.

Əminəm ki, Sizin Prezident vəzifəsində çoxşaxəli fəaliyyətiniz bütünlüklə Azərbaycanın əməksevər xalqının firavanlığı naminə onun müstəqilliyinin möhkəmlənməsi və iqtisadi potensialının artırılması işinə xidmət edəcək.

Ümidvar olduğumu bildirirəm ki, uzun illər boyu ölkələrimizi bir-birinə bağlayan dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da möhkəmlənəcək və konstruktiv məcrada hərtərəfli inkişaf edəcək.

İcazə verin, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha ürəkdən təbrik edim, Sizə və ailənizə xoşbəxtlik, sülh və firavanlıq diləyim.

Hörmətlə,

İqor Dodon

Moldova Respublikasının Prezidenti

***

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin həyat və fəaliyyətiniz Azərbaycanın həyatından və taleyindən ayrılmazdır. Aydındır ki, Siz əldə etdiklərinizlə kifayətlənməyəcək, müasir Azərbaycanın banisi Heydər Əliyevin işini səmərəli şəkildə davam etdirəcəksiniz. Siz qətiyyətli, təcrübəli, xeyirxah və uzaqgörən dövlət xadimi, Azərbaycanın milli liderisiniz.

Başa çatmaqda olan ilin noyabr ayında Siz öz müdrik və mətin qərarınızla adınızı təkcə doğma Azərbaycanın tarixinə deyil, münaqişələrin həllinin dünya müntəxəbatına qızıl hərflərlə yazdınız.

Mən Rusiya-Azərbaycan münasibətlərinin yüksək keyfiyyətini, bizim şəxsi dostluq münasibətlərimizi səmimi qəlbdən qiymətləndirir və buna böyük əhəmiyyət verirəm. Gələcəkdə bu münasibətləri davam etdirməyə şad olaram. Ümidvaram və əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, möhkəm səmimi ailənizə firavanlıq və uğurlar, qardaş Azərbaycan xalqına səadət və tərəqqi arzu edirəm.

Hörmətlə,

Leonid Slutski

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri

***

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz hələ gəncsiniz, lakin artıq “müdriklik yaşı”na çatmısınız. Bu yaşda insan bayram hədiyyələrinə sakit münasibət bəsləyir. Mən öz təbrik məktubuma belə başlamaq fikrində idim. Daha sonra yazmaq istəyirdim: “Lakin yəqin ki, Siz özünüzün və xalqınızın lap yaxın vaxtlarda aldığı çox qiymətli hədiyyə barədə düşünəndə ürəyiniz hələ də tez-tez döyünür”.

Təkrar edirəm, mən belə yazmaq istəyirdim, lakin əlim gəlmədi.

Haqqına görə sənə mənsub olanın qaytarılmasını hədiyyə adlandırmaq olmaz.

Qan bahasına əldə ediləni hədiyyə adlandırmaq olmaz.

Əgər Sizin qəlbiniz həqiqətən tez-tez döyünürsə, burada “hədiyyə” deyil, “qürur”, “şərəf”, “ədalət” sözlərini işlətmək düzgün olar.

Mən Sizə bunu arzu edirəm. Qoy, bundan sonra da qürur, şərəf və ədalət Sizinlə olsun. Qoy, bu sözlər bundan sonra da Sizin qəlbinizi tez-tez sevindirsin.

Hörmətlə,

Leonid Kuçma

1994-2005-ci illərdə Ukraynanın Prezidenti

***

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Vətənə fədakarcasına xidmətiniz, milli mənafeləri qətiyyətlə müdafiə etməyiniz, dövlət başçısı vəzifəsində uzaqgörən və konstruktiv siyasətiniz sayəsində Siz haqlı olaraq öz xalqınızın böyük hörmətini və beynəlxalq birliyin yüksək nüfuzunu qazanmısınız.

Sizin güclü rəhbərliyinizlə qardaş Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq öz dövlətinin ərazi bütövlüyünü bərpa etməyi bacardı, sosial-iqtisadi inkişafda və milli birliyin möhkəmlənməsində sanballı uğurlar qazandı.

Qazaxıstan Sizin şəxsinizdə ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın dinamik inkişafında, Xəzər regionunda qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrdə həqiqətən maraqlı olan etibarlı dost və tərəfdaşa malikdir.

Əminəm ki, xalqlarımızın dostluğu və onların mədəni qohumluğu bundan sonra da Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının möhkəm təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan xalqının naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti

  

Share