Azərbaycan Texniki Universiteti distant təhsil texnologiyalarından istifadəni genişləndirir

16.03.2020 Off By admin

Azərbaycan Texniki Universitetinin (AzTU) elektron təhsil sistemi distant texnologiyaları əsasında dərslərin əksəriyyətinin keçirilməsinə imkan verir.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bununla əlaqələr dekanların və kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib. İclasda bu texnologiyalardan maksimum istifadə edilməsi onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, hər tələbə öz kabinetinə daxil olaraq fənlər üzrə elektron təhsil materialları ilə (mühazirə konspektləri, məşğələ materialları, kurs işi və kurs layihələri yerinə yetirmək üçün tədris vəsaitləri, videodərslər, animasiyalar və s.) tanış ola bilər. Eyni zamanda, müəllim və tələbələr mövcud dərs qrafiklərinə uyğun olaraq elektron təhsil sisteminin forum bölməsinə daxil olub onlayn sual-cavabda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Share