Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev

Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev

12.06.2021 Off By admin

Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Hər bir xalqın tarixində öz müqəddəratını həll etdiyi bir gün var. Bu həm də bir millətin öz dövlətini və müstəqilliyini qorumaq üçün atdığı soyuqqanlı addımın bəhrəsidir. 15 iyun Qurtuluş Günü də məhz Azərbaycan xalqının özünü təsdiq etdiyi bir gündür. Bu günün özəlliyi isə birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin may-iyun aylarında zorakı vasitələrlə hakimiyyətə gələn AXC-Müsavat cütlüyünün yaratdığı hərcmərclik Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini qazanmış Azərbaycan 1993-cü ilin iyunun 15-nə qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. Məhz belə bir vaxtda xalqının çağırışı ilə xilaskara çevrilən Ulu Öndər Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Doğma Vətənini dünya xəritəsində silinmək təhlükəsindən xilas edən Ümumilli Lider, qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı reigonun liderinə çevirdi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına heç kim şüphə etmirdi. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi. Nəhayət 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı –alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs”qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərakatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Heydər Əliyev xalqın bu ağır günündə şübhəsiz kənardan baxa bilməzdi. Xalqın təkidi ilə 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gələn dövlətçiliyin xilaskarı olan Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu, Azərbaycanın qurtuluş anı idi və iyunun 15-i tariximizə Milli Qurtuluş günü kimi daxil oldu.

Rübabə İsmayılova,
Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun həyat yoldaşı
Share