Azərbaycanda internetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

Azərbaycanda internetin yüklənmə sürətində bu ilin ən yüksək göstəricisi qeydə alınıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

20-27 aprel tarixlərində Azərbaycanda mobil və sabit genişzolaqlı internet şəbəkələrinin orta yüklənmə sürətində bu ilin əvvəlindən ən yüksək göstərici qeydə alınıb.

APA-Economics” “Ookla”nın yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan həftə ərzində ölkənin sabit genişzolaqlı şəbəkəsində yüklənmə sürəti 8% artaraq 20,18 Mbit/s, mobil şəbəkədə isə bu artım 4% təşkil edərək 28,57 Mbit/s çatıb.

Ümumilikdə isə qeyd olunan müddət ərzində dünya üzrə sabit və mobil şəbəkələrin yüklənmə sürətində müvafiq olaraq 2% (74,72 Mbit/s) və 3% (31,81 Mbit/s) azalma qeydə alınıb.

Share