Azərbaycanda seçkiöncəsi mühit kifayət qədər demokratikliyi ilə səciyyələnir

06.02.2020 Выкл. Автор admin

Qardaş ölkə olan Azərbaycanda demokratik siyasi mühit mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, politoloq İsmayıl Safi bildirib.

Azərbaycana hər səfərində yeniləşmənin, müasirləşmənin və inkişafın şahidi olduğunu bildirən İ.Safi deyib: “Azərbaycan cəmiyyətində demokratiyaya sevgi tarixi irsdən gəlir. Hələ 100 il bundan əvvəl Şərqdə ilk parlamentli respublika məhz Azərbaycanda qurulub. Bu parlament seçkilərinin nəticələrinin də qeyd etdiyim tarixi irslə səsləşəcəyinə inanıram”.

Azərbaycanda seçkiöncəsi mühitin kifayət qədər demokratikliyi ilə səciyyələndiyini vurğulayan politoloq namizədlərin sayının çoxluğunun bunun bariz nümunəsi olduğunu bildirib. “Cəmiyyətdə şəffaf seçkilərə inam kifayət qədər böyükdür. Seçki prosesi öz axarı ilə gedir. Namizədlər müstəqil şəkildə təbliğat-təşviqat kampaniyalarını aparırlar. Qanunvericiliyə uyğun olaraq onlar üçün bərabər şərait yaradılıb. Bütün bunlar seçkilərin demokratik prinsiplərə uyğun, ədalətli və şəffaf şəraitdə keçəcəyini deməyə əsas verir”, — deyə o qeyd edib

Share