Azərbaycanda vergi bəyannamələri təkmilləşdirilir

Azərbaycanda vergi bəyannamələri təkmilləşdirilir

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mütərəqqi dəyişikliklərin aparılması, səmərəliliyin artırılması, bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi və sadələşdirilməsi prosesini davam etdirir.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, bəyannamə (hesabat) formaları ilə praktiki işləyən vergi ödəyicilərinin də fikirlərinin və təkliflərinin öyrənilməsi məqsədilə Dövlət Vergi Xidmətinin rəsmi saytında “Bəyannamə formalarına dair təkliflərin verilməsi” adlı bölmə yaradılıb.

Vergi ödəyiciləri bütün növ vergi bəyannamələrinin formaları və məzmunları ilə bağlı təkliflərini həmin bölmə vasitəsilə Dövlət Vergi Xidmətinə göndərə bilərlər.

Bəyannamə formalarının təkmilləşdirilməsi və vergi ödəyiciləri üçün daha rahat və səmərəli bir formaya gətirilməsi üçün bütün təkliflər bu məqsədlə yaradılan müvafiq işçi qrupu tərəfindən diqqətlə öyrəniləcək və təhlil ediləcək.

Share