Azərbaycanın Bolqarıstandakı səfiri erməni təxribatları barədə “Duma” portalına müsahibə verib

Azərbaycanın Bolqarıstandakı səfiri erməni təxribatları barədə “Duma” portalına müsahibə verib

07.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

6 oktyabr 2020-ci il tarixində Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın “Duma” xəbər portalına müsahibə verib.

Səfirlikdən APA-ya verilən məlumata görə, “Nərgiz Qurbanova: Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu deyil” başlıqlı məqalədə 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutmasından bəhs edən səfir Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafında yerləşən və ermənilərin heç yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkən diplomat münaqişənin tarixi barədə məlumat verib və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı qeyd olunub. Son bir neçə gün ərzində Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali əarasında ölən və yaralanların mövcud olduğunu vurğulayan N.Qurbanova Azərbaycan tərəfinin 1949-cu il Cenevrə Konvensiyası və onun protokollarına uyğun olaraq mülki əhalini hədəfə almadığını bildirib.

Cari ilin iyul ayında Ermənistan tərəfindən Azərbaycan ilə sərhəddə törədilmiş təxribatlar barədə söz açan N.Qurbanova vurğulayıb ki, əvvəlki cinayətkar hərbi xuntanı devirən Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistanda rəhbərlik dəyişikliyi əvvəllər münaqişənin həllində müəyyən ümidlərə yol açsa da, Ermənistan baş naziri ölkədə inkişaf vədləri yerinə yetirmək iqtidarında ola bilməməsi, daxili siyasi gərginlik və xalqının narazılığı fonunda münaqişə ilə bağlı mövqeyini radikallaşdırıb.

18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü barədə ətraflı məlumat verən səfir müasir Azərbaycanın keçdiyi şanlı yol barədə məlumat verib, həyata keçirilən regional əhəmiyyətli nəqliyyat və infrastruktur layihələrinin önəmi qeyd olunub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizirinin inkişaf etdirilməsinə verdiyi töhfə xüsusilə vurğulanıb, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilib.

Müsahibədə Bolqarıstan ilə Azərbaycan arasında mövcud olan ikitərəfli strateji münasibətlər və Bolqarıstanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol barədə ətraflı məlumat verilib.

Share