Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

16.03.2020 Off By admin

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan və türk folklorunun araşdırıcısı, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərində keçirilən “Sosial həyatın tənzimlənməsində İslamın rolu” 5-ci beynəlxalq elmi konfransında iştirak edib.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, ilahiyyatçı və islamşünaslarla yanaşı, beynəlxalq aləmdə tanınan dilçi, ədəbiyyatşünas, hüquqşünas, sosioloq və iqtisadçı alimlərin də iştirak etdikləri tədbirdə Q.Sayılov əsas məruzəçi kimi “Hz. Ömərin islahatları: ideal iqtisadi infrastruktur” mövzusunda çıxış edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Share