Azarkeşlər erməni hakimə hücum edib yerə sərdilər

10.03.2020 Off By admin

Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Çerkessk şəhərində martın 7-də keçirilən “Young Eagles 12” turnirində kütləvi dava baş verib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Turnir çərçivəsində Qroznı və Baksan şəhərlərini təmsil edən idmançıların döyüşündən sonra azarkeşlər erməni hakim Aşot Aşuqyanın qərarına etiraz ediblər.

Oktaqona daxil olan azarkeşlər referinin üzərinə hücum ediblər. Qısamüddətli dava mühafizəçilərin müdaxiləsi ilə sakitləşdirilib.

Share