Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə pensiya vəsaitləri Bakı, Sumqayıt şəhəri və Abşeron rayonunda  qeydiyyatda olan pensiyaçıların (316,4 min nəfər) hesablarına köçürülüb.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, vətəndaşlar pensiyalarını “Beynəlxalq Bank”dan və “Kapital Bank”dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə oktyabrın 15-də ödənilməsi nəzərdə tutulub.

 

Share