Bakıda 26 yaşlı gənci küçədə öldürən şəxsin məhkəməsi başlayır

Bakıda 26 yaşlı gənci küçədə öldürən şəxsin məhkəməsi başlayır

09.09.2019

21:04

Bakıda qətl törətməkdə təqsirləndirilən Kamil Səttarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il martın 1-də Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında 1997-ci il təvəllüdlü Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Ələsgər oğlu Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səlcuq Elçin

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email