Bakıda havaya atılan karbon emissiyasının həcmini azaltmaq üçün bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunub

Bakıda havaya atılan karbon emissiyasının həcmini azaltmaq üçün bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunub

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı şəhərinin Baş Planı çərçivəsində havaya atılan karbon emissiyalarının həcminin azaldılması məqsədilə bərpa olunan enerji istehsalının artırılması tövsiyə olunur.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş Planının ilkin layihəsində qeyd olunu.

Bakı şəhərinin Baş Planı çərçivəsində günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyən edilib. Qeyd edilən ərazilər ümumilikdə 3 717 hektar sahəni əhatə edir.

“Elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması nəzərdə tutulur”, – layihədə qeyd olunub.

Share