Bakıda iki nəfər bıçaqlanıb

Bakıda iki nəfər bıçaqlanıb

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Xətai və Qaradağ rayonlarında bıçaqlanma hadisələri baş verib.

APA xəbər verir ki, Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınmış hadisələrin birində 1983-cü il təvəllüdlü Məhərrəmov Zaur Mehman oğlu tanıdığı şəxsin hücumuna məruz qalıb. O, marketdən çıxan Zaur Məhərrəmovun sinəsinə bıçaq zərbəsi vurub. Yaralı döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Digər bıçaqlanma Suraxanı rayonunda qeydə alınıb. Suraxanı qəsəbəsində 1997-ci il təvəllüdlü Müslümlü İlqar Abil oğlu naməlum şəxs tərfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Share