Bakıda mənzildən 2 min manatlıq oğurluq olub

Bakıda mənzildən 2 min manatlıq oğurluq olub

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə qeydə alınıb.

Bakı şəhər sakininə məxsus mənzildən 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və 300 manat dəyərində iki qol saatı oğurlanıb.

Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Share