Bakıda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq

Bakıda velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğu 250 km-ə çatdırılacaq

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Baş plan çərçivəsində velosiped nəqliyyatının inkişafı və müvafiq infrastrukturunun yaradılması da nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş planının ilkin layihəsində deyilir.

“2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 250 km təşkil edəcəyi nəzərdə tutulur”, – layihədə qeyd olunub.

Bununla yanaşı, ictimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili planlaşdırılır. 2040-cı ilədək xüsusi hərəkət zolaqlarının ümumi uzunluğunun hazırkı 16 zolaq-km-dən 198,4 zolaq-km-ə qədər genişləndirilməsi nəzərdə tutulur.

Share