Bakının Böyükşor, Xocahəsən, Qu və Bülbülə gölləri təmizlənəcək

Bakının Böyükşor, Xocahəsən, Qu və Bülbülə gölləri təmizlənəcək

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakının Baş Plan çərçivəsində neft hasilatı və sənaye inkişafı nəticəsində torpaq sahələrinin və göllərin çirklənməsi ilə bağlı əsas məsələlərin həlli nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş Planının ilkin layihəsində qeyd olunub.

Bu istiqamətdə həyata keçirilmiş tədqiqatlar nəticəsində yaxın 20 ildə ekoloji bərpaya ehtiyacı olan əsas ərazilər müəyyən edilib. Belə ki, göllərin təmizlənməsi çərçivəsində Böyükşor, Xocahəsən, Qu və Bülbülə gölləri, torpaq sahələrinin təmizlənməsi çərçivəsində isə Böyükşor-Binəqədi-Balaxanı dəhlizi və Xocahəsən-Lökbatan dəhlizi təmizlənəcək.

Share