«Barselona» məğlub olub, «Sevilya» qalib gəlib

26.01.2020 Выкл. Автор admin

İspaniya La Liqasında XXI tur davam edir.

Apasport.az saytının məlumatına görə, azarkeşlər bu gün 4 qarşılaşmaya şahidlik ediblər.

Avropa Liqasına vəsiqəni hədəfləyən «Atletik» Barselonada autsayder «Espanyol»la bərabərə qalaraq, 2 xal itirib.

Günün ən maraqlı matçı Valensiyada eyniadlı komanda ilə «Barselona» arasında keçirilib. Yeni baş məşqçi Kike Setyenin rəhbərliyi altında çempionatda ikinci oyununa çıxan «Barselona» ilk məğlubiyyətini alıb. «Valensiya» qalibiyyət sayəsində ilk «dördlük»dəki komandalara yaxınlaşıbsa, «Barselona» liderliyi əldən vermək təhlükəsi ilə üzləşib.

«Vilyarreal» «Alaves» səfərində qələbəni son dəqiqələrdə vurduğu qol sayəsində əldə edib. «Sevilya» isə «Qranada»nı məğlub edərək, «Barselona» ilə aradakı xal fərqini 5-ə endirib.

İspaniya La Liqası
XXI tur
25 yanvar
«Espanyol» — «Atletik» — 1:1

De Tomas, 63 — Villalibre, 12
«Valensiya» — «Barselona» — 2:0
Alba, 48 (avtoqol); Maksi Qomes, 77
«Alaves» — «Vilyarreal» — 1:2
Jozelu, 80 — Bakka, 10; Nino, 89
«Sevilya» — «Qranada» — 2:0
Luk de Yonq, 11; Nolito, 34

1  Barselona 21 13 4 4 50-25 43
2  Real 20 12 7 1 38-13 43
3  Sevilya 21 11 5 5 27-20 38
4  Atletiko 20 9 8 3 22-14 35
5  Valensiya 21 9 7 5 32-29 34
6  Xetafe 20 9 6 5 29-20 33
7  Vilyarreal 21 9 4 8 36-29 31
8  Atletik 21 7 10 4 22-15 31
9  Real Sosyedad 20 9 4 7 33-28 31
10  Osasuna 21 6 10 5 28-25 28
11  Qranada 21 8 3 10 25-28 27
12  Betis 20 7 6 7 29-32 27
13  Levante 21 8 2 11 26-32 26
14  Alaves 21 6 5 10 22-31 23
15  Valyadolid 20 4 10 6 17-23 22
16  Eybar 20 6 4 10 20-29 22
17  Malyorka 20 5 3 12 22-34 18
18  Selta 20 3 7 10 17-30 16
19  Espanyol 21 3 6 12 17-38 15
20  Leqanes 20 3 5 12 16-33 14

 

Share