Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb

Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb

25.12.2020 Выкл. Автор admin

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Giorgi Qaxariyaya yenidən Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, məktubda Giorgi Qaxariyanın yenidən Baş nazir vəzifəsinə təyin edilməsinin ölkəsinin tərəqqisinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcəyinə, iki xalq arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfələr verəcəyinə inam ifadə olunub.

Baş nazir Əli Əsədov Giorgi Qaxariyaya Gürcüstan xalqının firavanlığı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Share