“Baş verən bu zülmü Gəncəyə gələn diplomatik nümayəndələr dünyaya çatdırsınlar”

“Baş verən bu zülmü Gəncəyə gələn diplomatik nümayəndələr dünyaya çatdırsınlar”

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Gəncəmizə bu ağır vaxtımızda, matəmli zamanımızda, faciəli dövrümüzdə gələn bütün qonaqlara təşəkkür edirəm”,

APA-nın məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir deyib.

O bildirib ki, baş verən bu zülmü gələnlər dünyaya çatdırsınlar: “Son günlərdə Ermənistan tərəfindən şəhərimizə 10 raket atəşi açılıb, insanlarımız dünyasını dəyişib, yaralanıb, evlər dağılıb, körpə balalar qorxu və həyəcan içindədirlər. Gəncə dünyada böyük alimləri, elm adamları, şairləri, qonaqpərvərliyi ilə tanınır. Bu günlərdə 30 illik bir işğalın arxasından Ermənistan Xocalı faciəsinə bənzəyən bir faciəni şəhərimizdə törədib. Bizim bu gün durduğumuz yerdə dünən 9 nəfər insan öz evində, dinc şəraitdə yaşadığı halda şəhid olub”.

Share