“Belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması daha böyük əhəmiyyətə malikdir”

“Belə bir mürəkkəb dövrdə karantin qaydalarına əməl olunması daha böyük əhəmiyyətə malikdir”

07.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Vətəndaşlarımız arasındakı emosional ruh yüksəkliyi təmasların artması isə müşahidə olunur ki, bu da davam edən koronavirus xəstəliyi fonunda insanların sağlamlığına böyük təhlükələr yarada bilər”.

APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun vətəndaşlara müraciətində yer alıb.

Baş Nazir müraciətində bildirib ki, Azərbaycanla qonşu olan, həmçinin dünyanın digər ölkələrində xəstəlik sürətlə yayılmaqdadır və ekspertlər bunu hətta ikinci dalğanın başlaması kimi qiymətləndirirlər:

“Bu, bizi daha ehtiyatlı olmağa sövq edir. İndiyədək vətəndaşlarımız xüsusi karantin qaydalarına ciddi şəkildə riayət ediblər və bunun nəticəsində xəstəlik hal-hazırda nəzarət altındadır. İndiyə qədər pandemiya ilə mübarizədə qazandığımız nailiyyətləri itirməmək üçün karantin rejiminin qaydalarına əməl olunması zəruridir. Bu işdə hər bir vətəndaşımızın töhfəsi təqdirəlayiqdir”.

Share