“Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

“Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır”

05.08.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Beyrut limanına dəyən ziyanın məbləği açıqlanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Beyrut şəhərinin qubernatoru Marvan Abbud bildirib.

Onun sözlərinə görə, partlayışdan sonra Beyrut limanına dəyən ziyan 3-5 milyard dollar civarındadır.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

Xəbəri paylaş: