BİRİ DÖYÜŞÜR- VƏTƏNDAŞI QORUYUR, BİRİ DƏ ALDADIR-VƏTƏNDAŞI AĞLADIR- KAMAL ABDULLA KİMİ!

BİRİ DÖYÜŞÜR- VƏTƏNDAŞI QORUYUR, BİRİ DƏ ALDADIR-VƏTƏNDAŞI AĞLADIR- KAMAL ABDULLA KİMİ!

15.12.2020 Выкл. Автор admin

Bu günlər redaksiyamıza Azərbaycan Xarici Dillər Universitetinin rektoru Kamal Abdullanın Universitetin çoxlu sayda kollektivinə  bir neçə ay əmək haqqının verməməsi barədə müraciət daxil olmuş və Hakimiyyet.com xəbər saytımızda dərc edilmişdir. Acınacaqlı hal kimi qeyd etmək yerinə düşər ki, indiki şəraitdə, əslində hər bir şəraitdə ziyalı təbəqənin əmək haqlarını verməmək, incitmək yolveilməzdir və xüsusilə də, onları indiki pandemiyanın tüğyan etdiyi və maddiyyatın ölkənin ziyalı təbəqəsi üçün daha önəmli olduğu bir zamanda.

Biz düşündük ki, bu məsələ dərhal həllini tapacaq, Universitet rəhbərliyi, xüsusilə də kollektivin hörmətini itirmiş rektor- çoxlarının onun şəxsi keyfiyyətləri haqqında heç də xoşagələn fikirlər söyləmədiklərini bilən Kamal Abdulla bu məsələnin həllini çözəcək və bu məlumatları təkzib etmək üçün oxucularımıza tutarlı dəlil gətirərək məqaləni təkzib edəcək. Ancaq bu olmadı və rektor əvvəlki qanunazidd fəaliyyətində özünü tamamilə azad və sərbəst hesab edir. Bir daha oxucularımıza və ölkə ictimaiyyətinə, müvafiq orqanlara Azərbaycan Xarici Dillər Universitetinin kollektivinin müraciətindəki bir hissəni təqdim edərək rektor Kamal Abdullanı insanların narazılığına səbəb olan əməllərdən çəkinməyə dəvət edirik:

«Ölkə başçısı indiki şəraitdə vətəndaşlara daha da qayğıyla yanaşdığı, yardımların, müavinətlərin artırıldığı, pandemiyanın sərtləşdiyi bir vaxtda Azərbaycan Dillər Universitetində müəllimlərin, işçilərin maaşı və tələbələrin təqaüdü gecikdirilir. Artıq pedaqoqların və texniki heyətin əmək haqlarının geçikdirilməsi halları adət halını alıb. Universitetin əməkdaşları bildirir ki, onlar hələ də ötən ayın maaşını ala bilməyiblər. Bundan əvvəl də maaşların verilməsində gecikmələr olmuşdu. Əməkdaşların fikrincə, maaşların geçikdirilməsinə səbəb universitetin büdcəsində olan boşluqdur. Maaşların və təqaüdlərin nə vaxt veriləcəyi barədə heç bir məsul şəxs açıqlama vermir. Universitet əməkdaşları bilmir gecikmiş maaşlarının dərdinə yansın, yoxsa universitetin talan olunmuş büdcəsinin dərdini çəksin..
Covid 19 pandemiyasının tüğyan etdiyi bir vaxtda maaşların və təqaüdlərin qəsdən verilməməsi haqlı olaraq işçilərin və tələbələrin narazılıqlarına səbəb olur…»

Füzuli Əfqanoğlu,

Hakimiyyet.com

Share