“Brandonline” şirkətinin Azərbaycanda növbəti layihəsi

11.03.2020 Off By admin

Müxtəlif məşhur brendlərin geniş çeşidini təqdim edən “Clouds kids store” uşaq geyimi mağazası onlayn satış bazarına daxil olmağa qərar verdi və yaxın zamanlarda rəng çalarları və aksesuarların böyük seçimli kolleksiyalarını öz alıcılarına təklif edəcək.

Onlayn-mağazada balaca modasevərlər parkda gəzinti üçün idman dəstindən başlayaraq, bayram gecəsi üçün gözəl libasa kimi istənilən obraz seçə bilərlər.

Keyfiyyətli və üslublu geyimləri sadəcə bir-iki kliklə əldə etmək mümkün olacaq, geyim çeşidlərinin müntəzəm yenilənməsi isə kiçik üslubsevərlərə hər mövsümdə yeni kolleksiyalarla qarderoblarına əlavələr etmək imkanı qazandırır.

Mağazanın sahibi Günel Xankişiyeva “Cubics” şirkəti ilə bu layihə üzrə əməkdaşlıq barədə öz təəssüratlarını bölüşdü:

“Bizim üçün hər müştəri dəyərlidir və hər zaman çalışırıq ki, alış-verişi müştərilərimiz üçün maksimal dərəcədə rahat edək. Məhz bu səbəbdən mağazamızda xidmət səviyyəsinin təkmilləşdirilməsi üçün növbəti addım kimi həmişə onlayn-seqment də nəzərdən keçirilirdi.

Şübhəsiz ki, bu addım biznesimiz üçün yeni mərhələnin başlanğıcıdır və mən çox sevinirəm ki, bu işi əsl peşəkarlara etibar etmişəm! Tezliklə biz onlayn-satışın başlanması haqqında xəbər verəcəyik!”

“Brandonline” texnologiyası haqqında daha ətraflı məlumatı əldə etmək üçün www.brandonline.az veb-saytına və ya (+994 12) 480 15 74 telefon nömrəsinə müraciət edə bilərsiniz.

Share