Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans vasitəsilə iclası keçirəcək

Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans vasitəsilə iclası keçirəcək

23.04.2020 Выкл. Автор admin

«Hakimiyyet.com» xəbər verir ki,

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçiriləcək toplantıda həm daxili yarışlar, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.

Qeyd edək ki, aprelin 21-də quruma üzv olan 55 assosiasiya ilə videokonfrans keçirilib və həm milli komandaların, həm də klub yarışlarının oyunlarını əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

Növbəti dəfə assosiasiyalara əsas çempionatları və kubok yarışlarını tamamlamaq ciddi şəkildə tövsiyə edilib. Həmçinin klubların avrokuboklarda iştirakı üçün yeni təlimatlar hazırlanandan sonra istisna hallarda liqaların ləğvi ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus istisna olmaqla bütün ölkələrin çempionatları dayandırılıb.

Share