Bu gündən baş etibarnamələrin onlayn verilməsinə başlanılıb

Bu gündən baş etibarnamələrin onlayn verilməsinə başlanılıb

30.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Ölkə başçısının təşəbbüsü ilə xüsusi karantin rejimində işsiz şəxslərə 190 manat birdəfəlik ödəmə verilir. Bu müddət 3 milyona yaxın fərdi məlumatr təhlil edilib və siyahılar Əmək və Əhalinin Sosial Müdafiəai Nazirliyinə təqdim olunub”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib. Onun sözlərinə görə, eyni zamanda, həssas qrupdan olan tələbələrin təhsil haqqının dövlət hesabına ödənməsi məsələsi ilə bağlı sosial həssas təbəqədən olan tələbələrin müəyyən edilməsi üçün 250 minə qədər şəxsin fərdi informasiyaları və ailə üzvləri barədə məlumatı dəqiqləşdirilib. O bildirib ki, Ədliyyə Nazirliyin saytında olan “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin imkanı artırılıb və elektron informasiya sistemlərinin imkanlarının artırılması çərçivəsində mobil notariata yeni funksiyalar əlavə olunub: “Mobil notariat sosial tədricetmə dövründə təxirəsalınmaz tədbirlərin görülməsi üçün inkişaf etdirilib və yeni funksionallığı verilib. Eyni zamanda, ötən ilin noyabrından bunun tətbiqi ilə nəqliyyat vasitələrinə dair etibarnamələrin verilməsinə başlanılıb. Qısa müddətdə çoxlu sayda vətəndaşa bu cür etibarnamə verilib. Ən maraqlısı budur ki, bu gündən nəqliyyat vasitələrinə dair baş etibarnamə da verilməyə başlanılıb. Artıq bundan sonra biz nəqliyyat vasitələrinə bütün növ etibarnamələri mobil vasitədən istifadə etməklə ötürə biləcəyik. Artıq insanlar elektron notariat imkanlarından istifadə üçün ASAN login tətbiqi vasitəsilə FİN nömrə və şəxsi mobil nömrə daxil edərək heç yerə getməyərək notarial hərəkətlərdən yararlanan biləcək. Məhkəmə və digər orqanlarının qərarlarının icrasında bir sıra sosial ödənişlər, aliment kimi həssas məsələlər mövcuddur. Karantin dövründə də bunlar ödənməlidir. Buna görə də ASAN ödəniş və elektron hökumət portalları və mobil tətbiq vasitəsilə icra ödənişləri, o cümlədən aliment ödənişi edilə bilər. Artıq vətəndaşlar evdən çıxmadan bütün icra ödənişlərini elektron qaydada həyata keçirə bilir”.

 

Share