Bu sahədə çalışanların MAAŞI İKİ DƏFƏ ARTIRILIR

Bu sahədə çalışanların MAAŞI İKİ DƏFƏ ARTIRILIR

24.12.2020 Выкл. Автор admin

Təhsil işçilərinin vəzifə maaşlarına iki misli məbləğində əlavələr ediləcək.

Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, lakin bu əlavələr bütün təhsil işçilərinə şamil edilməyəcək:

«Nazirlər Kabineti tərəfindən verilən qərar, çox təəssüf, təhsil işçiləri arasında ciddi yanlış anlaşılmaya gətirib çıxara bilir. Bir çoxları elə bilir hazırda bizim 4 min 447 orta ümumtəhsil məktəbində çalışan 151 min müəllimin hər birinin əmək haqqı artırılıb. Bu belə deyil. Məsələn, hökümət tərəfindən verilən qərar Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilib. Yəni, təbii ki, orta məktəb müəllimləri də Təhsil Nazirliyinin işçiləri hesab olunur, amma burada söhbət Təhsil Nazirliyinin strukturundakı işçilərdən gedir.

Burada «təhsil işçiləri» ifadəsi çox böyük çaşqınlıq yaradır. Çünki Azərbaycan Respublikası Təhsil Haqqında Qanunun müvafiq maddələrində bu tətbiq edilir. Vəsait köçürülür Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəzinəsinə. Təbii ki, nazirlik də bu maddədən irəli gələrək orta ümumtəhsil müəssisələrində hətta rəhbər postu tutan şəxslərin də (məktəb direktorları, direktor müavinləri, uşaq birliyi rəhbərləri) əməkhaqqlarını iki dəfə artıra bilər. Büdcədən kənar vəsait təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədini güdür. Burada müəllimlərdən yox, söhbət gedir daha çox inzibati vəzifə tutan şəxsdən. Çünki onların əməkhaqları (vəzifə maaşları) iki dəfə artacaq. Müəllimdə də vəzifə deyil, staja görə müəyyənləşən əməkhaqqıdır. Təbii ki, hər hansı bir məktəbin müharibə dövründə arxa cəbhədə fəallıq göstərən şəxslərin kollektiv və fərdi qaydada mükafatlandırılması həyata keçirilə bilər.

Birmənalı şəkildə deyim ki, bu, mütləq bir şəkildə konkret bir bayram günü ilə bağlı artırılacaq. Yəni,  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və ya digər əlamətdar hadiələrlə bağlı həmin kollektiv işçilərinin əməkhaqqları iki dəfə artırılacaq. Bununla bağlı hörmətli Baş nazirimiz Əli Əsədovun konkret qərarı var.

Burada məbləğ məsələləri var. Belə deyim ki, mükafatların məbləği aylıq vəzifə maaşının iki dəfəsindən çox olmamalıdır, əsas şərt budur. Tutaq ki, kimsə 600 manat əməkhaqqı alırsa, o, 1200 əməkhaqqından əlavə alacaq, maaşının iki misli həcmində. Bir də vacib məqam var ki, aylıq maaşa əlavələr hər ay üçün ayın 20-nə qədər, dekabrda isə dekabrın 25-nə qədər həyata keçirilib qurtarmalıdır.

Bu, kifayət qədər uğurlu sosial layihədir. Çünki pandemiya dövründə müəllimlərin əməkhaqqları, gəlirləri ciddi şəkildə aşağı düşmüşdü və mütləq şəkildə bu büdcədənkənar vəsait qanunvericiliyə uyğun olaraq işçilərin maddi vəziyyətini düzəltəməyə yönəlib. Maaşa bu əlavələr (maddi yardım) konkret əmrlə rəsmiləşirilib və bu, digər günlərə şamil edilmir. Konkret vəzifə maaşın nə qədərdirsə, təhsil işçiləri onun həcmində əməkhaqqına əlavələr alacaqlar».

Təhməz Əsədov

Share