Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar azalır

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar azalır

03.08.2020

“Hakimiyyet.com” xəbər verir ki,

Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 4,9 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 14,9 milyon manat, 2019-cu ilin icra göstəricisi ilə müqayisədə 0,2 milyon manat və ya 2,9% azdır.

APA-Economics” bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasınını Qanun layihəsinə istinadən xəbər verir.

Məlumata deyilir ki, azalma dəmir yolları üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən və pandemiya ilə əlaqədar fəaliyyəti qismən məhdudlaşdırılmış “Azərbaycan Dəmir Yolları” QSC-nin dövlət büdcəsindən alınmış büdcə ssudasına görə möhlət hüququnun verilməsi ilə bağlıdır.

Qeyd edək ki, dürüstləşdirilmiş dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş göstəriciyə nisbətən 10,5 milyon manat azalaraq 24 124,0 milyon manat, dövlət büdcəsinin xərcləri 597,5 milyon manat artırılaraq 27 492,2 milyon manat, dövlət büdcəsinin kəsiri isə 608,0 milyon manat artırılaraq 3 368,2 milyon manat təşkil edəcək.

Xəbəri paylaş: