Canlı yayımda ekoloji məsələlər müzakirə olunacaq

Canlı yayımda ekoloji məsələlər müzakirə olunacaq

25.12.2020 Выкл. Автор admin

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı canlı yayım layihəsi yenidən öz işinə başlayıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova  bildirib ki, “Ekspert saatı” verilişinin bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir: “Bu gün saat 16:00-da nazirliyin “Facebook” səhifəsinin canlı yayımında ətraf mühitin mühafizəsinə nəzarət, işğaldan azad olunmuş ərazilərdə mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi, perspektiv planlarla bağlı “Facebook” istifadəçilərinin sualları cavablandırılacaq və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriləcək”.

Nazirliyin rəsmisi qeyd edib ki, sosial şəbəkə izləyiciləri ilə açıq dialoqun qurulması yaxşı bir təcrübədir və bu, həm qurumun gördüyü işlərin cəmiyyətin bütün təbəqələrinə çatdırılmasında, həm də şikayət, müraciət və təkliflərin dinlənilməsində, onların operativ həllində önəmli bir müstəvidir.

Hakimiyyet.com

Share