Çində başı telefona qarışan sürücü maşını çaya aşırtdı

04.03.2020 Off By admin

Çinin cənub-qərbində körpü ilə hərəkət edən avtomobil çaya aşıb.

“Sinhua” xəbər verir ki, hadisə ölkənin Qouju əyalətinin Meytan rayonunda qeydə alınıb.

Hadisəyə səbəb sürücünün diqqətsizliyi olub.

Xoşbəxtlikdən, sürücü qapını açaraq batan maşından çıxa bilib.

“Körpüyə çatanda başım telefona qarışmışdı. Başımı qaldıranda körpüdə iki nəfər gördüm. Onları vuracağımdan ehtiyyatlanaraq maşını sola sürdüm və çaya aşırtdım”, – deyə sürücü etiraf edib.

 

Share