Daha 20 şagird koronavirusa yoluxdu

Daha 20 şagird koronavirusa yoluxdu

09.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 8, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 20, işçi heyətinin sayı 6 nəfər təşkil edib.

Share