Daşkənddə “18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib

Daşkənddə “18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib

21.10.2019

9:57

Daşkənddə Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində “18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (AMMM) təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi İlyas Məmmədov, diasporumuzun fəal üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər iştirak ediblər.

AMMM-nin sədri Firdovsi Hüseynov əvvəlcə Azərbaycanın Xalq Cümhuriyyətinin yaranma tarixi ə fəaliyyəti haqqında məlumat verib. Vurğulanıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi elan edilib və ölkə dünya birliyinin tamhüquqlu üzvünə çevrilib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, komitənin şöbə müdiri Nematjon Pavlanov bildiriblər ki, cəmi 23 ay yaşayan, Şərqin ilk demokratik parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm addımlar atıb, dövlət atributlarını yaradıb, qonşu dövlətlərlə və Avropa ölkələri ilə diplomatik əlaqələr qurub.

Sonra Cumhuriyyətlə bağlı sənədli film nümayiş etdirilib. Tədbir geniş konsert proqramı ilə başa çatıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email