Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri

Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri

17.08.2019

21:57

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı əmrlərə əsasən, Xızı Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov vəzifəsindən azad edilərək Xaçmaz RPŞ-nin rəisi, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub.
Nazirin imzaladığı digər əmrlə Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Samux RPŞ-nin rəisi Akif Nəbiyev və Xaçmaz RPŞ-nin rəisi Nofəl Məhərrəmov bir müddət əvvəl Daxili İşlər nazirinin müvafiq əmrləri ilə vəzifələrindən azad edilərək sərəncama keçiriliblər.
DİN mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu məlumatları təsdiq edib.

Hakimiyyet.com

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email