“Deputat köməkçilərinin təyinatı məsələsi həllini tapmaq üzrədir”

“Deputat köməkçilərinin təyinatı məsələsi həllini tapmaq üzrədir”

24.04.2020 Выкл. Автор admin

“Hakimiyyet.com” xəbər verir ki,

Milli Məclis sədri Sahibə Qafarova deputatların köməkçilərinin təyinatı məsələsinin həllini tapmaq üzrə olduğunu bildirib.

APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında S. Qafarova deyib ki, yalnız 3 deputat — Cəbi Quliyev, Aydın Hüseynov və Ülvi Qulyiev sənədlərini təqdim etməyib.

Spiker həmin deputatların da köməkçilərin sənədlərini təqdim etdikdən sonra deputat köməkçilərinin birlikdə təsdiqlənəcəyini söyləyib.

Share