Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır

Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır

09.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, işəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər. 

Son 1 ildə fəaliyyətdə olan, Agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilər.  

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etməkdir. 

Proqramda iştirak Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na uyğun həyata keçirilir. 

İşəgötürənlər proqrama keçid vasitəsi ilə müraciət edə bilərlər – https://forms.gle/2kkhuMqDUHUuSjtB6

Share