Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb

Döyüşlərdə iştirak edən qoşunlar üçün səyyar təminat məntəqələri yaradılıb

12.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir. Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət xidməti məntəqələri yaradılıb.

Həmin məntəqələrin fəaliyyəti ilə bağlı hazırlanan videosüjeti təqdim edirik.

Share