Dünya çempionu 41 yaşında karyerasını başa vurub

31.01.2020 Off By admin

Braziliya millisinin sabiq futbolçusu Lusio karyerasını bitirib.

41 yaşlı müdafiəçi bunu özü instaqram səhifəsi vasitəsilə bəyan edib.

Son klubu aşağı liqa təmsilçisi “Brasilense” olan və oktyabrdan bəri azad agent statusu daşıyan Lusio 22 illik karyerasını başa vurmaq qərarına gəlib. Avropada “Bayer”, “Bavariya”, “İnter” və “Yuventus”un şərəfini qoruyan mərkəz müdafiəçisi 2013-cü ildən bəri ölkəsi Braziliyada oynayır.

Qeyd edək ki, Lusio 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olub.

Share