Dünya İqtisadi Forumunun keçiriləcəyi şəhər və tarix məlum olub

Dünya İqtisadi Forumunun keçiriləcəyi şəhər və tarix məlum olub

08.10.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2021-ci ilin yanvar ayında Davosda keçirilməli olan Dünya İqtisadi Forumu (The World Economic Forum – WEF) gələn ilin may ayının 18-21-də İsveçrənin Lütsern şəhərində təşkil olunacaq. Tədbir ənənəvi məkanına yalnız 2022-ci ildə qayıdacaq.

APA-Economics”in “Interfax”a istinadən verdiyi məlumata görə, bu barədə forumun dərc etdiyi açıqlamada deyilir.

“İclas iştirakçıların və yerli əhalinin sağlamlığı və təhlükəsizliyini təmin edəcək bütün şərtlərin yerinə yetirilməsi şərti ilə baş tutacaq”, – açıqlamada qeyd olunub.

Mövzusu “The Great Reset” olacaq tədbirdə koronavirus pandemiyasının səbəb olduğu böhrandan sonra iqtisadi bərpa yolunun inkişaf etdirilməsi də daxil olmaqla, əsas qlobal problemlərin həll yollarının tapılması müzakirə ediləcək.

WEF hər il Davosda təşkil etdiyi tədbirin təxirə salındığını hələ cari ilin avqust ayında elan etmişdi, lakin konkret tarixlər və digər detalları açıqlanmamışdı.

Mayda keçiriləcək forumdan əvvəl, 2021-ci ilin yanvarın 21-dən başlayaraq bir həftə ərzində dünya liderlərinin dünyadakı vəziyyətlə bağlı fikirlərini bölüşəcəyi “Davos Dialoqları” onlayn forumu keçiriləcək.

Qeyd edək ki, forum 50 ildir İsveçrənin Davos şəhərində keçirilir.

Share