"Düz 4 il sonra bunu edə bildim…" –  Video

"Düz 4 il sonra bunu edə bildim…" – Video

09.10.2020 Off By admin

“Hakimiyyət” ictimai-siyasi media portalı xəbər verir ki,

Müğənni-bəstəkar Murad Arif “Qələbə” adlı vətənpərvərlik mövzusunda olan yeni ifasını təqdim edib.

bəstənin söz və musiqisi sənətçinin özünə məxsusdur. M.Arif bildirib ki, mahnını çoxdan yazsa da, indi təqdim etməyə qərar verib:

“Deyirlər ki, ineternetin bu vaxtında mahnı çıxartmazlar. Amma bu nəğmə üçün daha münasib vaxt ola bilməzdi. Heç vaxt vətənpərvərlik mövzusunda yazmadım. “İçimdən gəlmədi” deyil, pafoslu, saxta olmasından çəkindim. Bu, kamança və rok qarışıqlı musiqi hələ 2016-ci il, Aprel hadisələrindən təsirlənib yazılmışdı. Düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət, bu həftə içimdəki hisslər musiqiyə uyğun oldu.

“Bu xalq hazırdır yumruqtək bir olmağa! Bütün yollar aparır bizi Qarabağa!”

Bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı ölkə, hərbçilər duysun istərəm. Musiqinin, diləyin gücünə inanıram. Bütün xalqın bu gün bir arzusu var. İstərəm ki, bu nəğmə hər dəfə radiolarda səslənəndə, hamı eyni zamanda “QƏLƏBƏ” arzulasın. İstərəm ki, Qələbə gerçək olsun! Bu yolda, nə olursa olsun, hər bir bədələ də bir vətəndaş kimi şəxsən hazıram”.

Share